İdman

Kapitandan ikiqat yubiley

12 Mart 2018 13:15
0 Şərh     Baxış: 437

"Neftçi"nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.

Milli.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, millimizin müdafiəçisi Topaz Premyer Liqasının XIX turunun "Keşlə" ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran qolun müəllifi olub. 

Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.

Abışov bu qollardan yarısını "Neftçi"nin heyətində rəqib qapısından keçirib. "Ağ-qaralar"ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında "10"a çatıb.
Ruslan "Neftçi"nin tarixində 33-cü futbolçudur ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.