İdman

"Qarabağ" 23 illik rekordunu təkrarladı

12 Mart 2018 18:33
0 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" ardıcıl 7 oyundur evdə qol buraxmır. 

Milli.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Qurban Qurbanovun komandası sonuncu dəfə 2017-ci il sentyabrın 22-də "Sumqayıt"la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar. 

Həmin görüşdən sonra 169 gündür qapısını toxunulmaz saxlayan meydan sahibləri "Zirə"ylə iki matçda (0:0, 2:0), həmçinin "Səbail" (1:0), "Sumqayıt" (2:0), "Neftçi" (1:0), "Qəbələ" (0:0) və "Kəpəz"lə (1:0) qarşılaşmalarda doğma azarkeşlər önündə qol buraxmayıblar. Bəxtiyar Həsənalızadənin VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya "Zirə" ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.

Evdə 7 matçda qol buraxmayan "Qarabağ" tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdır.

Qeyd edək ki, "Qarabağ" məğlubiyyətsiz seriyalarını da uzadıb. Ağdam klubu evdə 15, ümumilikdə 11 görüşdür uduzmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.