İdman

Böyükağa Hacıyevin vəziyyəti daha da ağırlaşdı

12 Mart 2018 12:04
2 Şərh     Baxış: 2 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Atamın durumu yaxşı deyil, reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur. Əksinə, onu həyatda saxlayan dərmanlar da təsirini itirməyə başlayıb.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev deyib. O, hazırda "Baku Medical Plaza"da müalicə alan atasının durumunun daha da pisləşdiyini bildirib: "Həkimlər əlacsız qalıblar. Çünki problem tək ürək deyil, beynindəki şiş hər şeyi pozur. İki əsas orqanın sıradan çıxması həkimlərə nəsə etməyə imkan vermir. Atam artıq heç kimi tanımır. Əməliyyat olunmasa, beyninin düzəlməyi mümkün deyil. Hazırkı vəziyyətdə isə əməliyyata girsə, sağ çıxmaz".

Y.Hacıyev 59 yaşlı mütəxəssisin bu halda yaşamasının möcüzə olduğunu söyləyib. O, atasının qidalanmasının və danışmasının çətinləşdiyini vurğulayıb: "Ürəyi çox pis haldadır. Üç dəfə konsultasiya olub. İki dəfə Bakıda, bir dəfə Moskvada. Həkimlər deyir ki, bu halda yaşaması belə möcüzədir. Ağır infarkt keçirdi, amma həyatdadır. Əməliyyat oluna bilmədiyi üçün kardiologiyada olan ən ağır dərmanlarla həyatda saxlayırlar".

B.Hacıyev fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.

Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.