İdman

“Azərbaycanla oyundan təkan götürəcəyik”

12 Mart 2018 19:36
0 Şərh     Baxış: 573

Azərbaycan və Sloveniya ilə oyunlar bizim üçün vacibdi. Millətlər Liqasına hazırlıq prosesinə bu görüşlərdən təkan götürəcəyik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko deyib.

Martın 23-də Bakıda millimizlə yoldaşlıq matçı keçirəcək belaruslular 4 gün sonra Lyublyanada Sloveniya ilə qarşılaşacaqlar.

Kriuşenko bu oyunlarla bağlı açıqlama verib. "Belarus 5" telekanalına danışan 54 yaşlı mütəxəssis hər iki matçda 4-3-2-1 taktiki sxemini təkmilləşdirməyə çalışacaqlarını deyib: "Oturuşmuş heyəti oynatmaq lazımdı. Bundan əlavə, bir neçə sistemi nəzərdən keçirmək baxımından da hər iki görüş bizə faydalı olacaq. Seçmə mərhələdə 4-3-2-1 taktiki sxemində oynayırdıq. Son 2 yoxlama matçını da bu sxemdə keçirmişik. Ola bilsin ki, elə 4-3-2-1 yığmanın əsas taktiki sxemi olacaq. Azərbaycanla və Sloveniya ilə matçlarda oyunumuzda hansısa nüansları dəyişə bilərik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da start götürəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.