İdman

"Onun buna icazəsi var" - meydana tapança ilə girən klub sahibi ilə bağlı məlumat yayıldı - YENİLƏNİB - VİDEO

12 Mart 2018 14:57
0 Şərh     Baxış: 3 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:57

PAOK klubunun sahibi İvan Savvidinin mətbuat xidməti rusiyalı iş adamının Yunanıstan çempionatının XXV turunda AEK-lə görüş zamanı meydana silahla daxil olması ilə bağlı bəyanat yayıb.

Report "Sport-Ekspress"ə istinadən xəbər verir ki, bəyanatda İ.Savvidinin heç kimi təhdid etmədiyi bildirilir. Eyni zamanda klubun sahibinin silah gəzdirmək üçün icazəsinin olduğu vurğulanıb: "İvan İqnatyeviç heç kimi silahla təhdid etməyib. Mətbuata yer alan təxribat xarakterli başlıqlar həqiqəti əks etdirmir. Bəli, o, meydana qaçıb və üzərində tapança olub. Bunu inkar etməyin mənası yoxdur. Onun silah gəzdirməsi üçün rəsmi icazəsi var. Yunanıstanda buna icazə verilir. Savvidi bununla bağlı tələb olunan sənədlərə malikdir. PAOK hazırda üst pillədə qərarlaşıb və çempion olmaq üçün böyük şansı var. Bu səbəbdən, kluba qarşı təxribat aparılır. Bəli, Savvidi emosional davranıb".

Qeyd edək ki, martın 11-də PAOK AEK-lə oyunun son dəqiqəsində hesabı açıb. Lakin hakimlər oyundankənar epizod qeydə alaraq qolu saymayıblar. Bu zaman meydanda qarışıqlıq yaranıb və üzərində tapanca olan İvan Savvidi də meydana daxil olub. Nəticədə matç başa çatdırılmayıb. AEK hazırda 54 xalla 1-ci pillədə qərarlaşıb. PAOK isə 52 xalla 2-ci sıradadır.

---------
11:30

Yunanıstan çempionatında qalmaqallar səngimək bilmir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, çempionatın 25-ci turunda keçirilən PAOK - AEK oyununda da ixtişaş baş verib. Hakim PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb.

Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qolu sayılmayan komandanın prezidenti meydana tapança ilə girdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.