İdman

Azərbaycanda Ukrayna dueli, əzəli rəqiblər yenidən üz-üzə

12 Mart 2018 20:56
0 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq tur iki gün ərzində keçiriləcək. Bu matçlarda turnir cədvəlinin ilk "dördlüy"ündə qərarlaşanlar ikinci yarıdakı kollektivləri sınağa çəkəcək.

Turun ilk gününün yeganə görüşü "İnter Arena"da keçiriləcək. "Keşlə" və "Qəbələ" arasında matç ukraynalı mütəxəssislərin dueli kimi diqqət çəkir. Qışda Bakı klubunun "sükanı arxası"na keçən Yuri Maksimov Azərbaycan karyerasında ilk dəfə həmyerlisi Roman Qriqorçukla üz-üzə gələcək. Hər iki komanda son turlar məhsuldarlıq nümayiş etdirir. Bakılılar son 5, qəbələlilər son 4 oyunda meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi qələbə ilə ən azı bir günlük 7-ci pillədən ayrılmağa, bölgə klubu isə 2-ci pillədəki yerini daha da möhkəmlətməyə çalışacaq.

İkinci oyun gününə Zirədə start veriləcək. Premyer Liqanın ən gənc kollektivləri "Səbail" və "Zirə" sonuncuların meydanında üz-üzə gələcək. Son iki turda xal üzünə həsrət qalan komandalara mövqeyini qorumaq üçün qələbə vacibdi. "Səbail" 7-ci pilləyə düşmək, "Zirə" isə "üçlük"dəki yerini itirmək təhlükəsi ilə üz-üzədir. Bu il keçirdiyi 5 matçda qələbə qazana bilməyən Ayxan Abbasovun yetirmələri "qara zolaq"dan çıxmaq üçün debütantı mövsümdə 3-cü dəfə yenməlidi.

Turun mərkəzi matçında əzəli rəqiblər "Qarabağ"la "Neftçi" üz-üzə gələcək. Azərbaycan çempionatlarının daimi iştirakçıları 8-ci km qəsəbə stadionunda qarşılaşacaq. Son iki görüşdə xal itirməyən Tərlan Əhmədovun yetirmələri lideri də büdrətmək əzmindədi. 11 turdu uduzmayan ağdamlılar uğurlu seriyanı davam etdirməklə çempionluğa doğru addım atmaq niyyətindədi. Son 4 matçı qolsuz tərk etməyən Qurban Qurbanovun yetirmələri 10 xallıq fərqin əriməməsi üçün meydandan qələbə ilə ayrılmalıdı.

Fasilə öncəsi son oyun Sumqayıtda keçiriləcək. 3-cü pilləyə yüksəlmək üçün çalışan "Sumqayıt" çempionatın autsayderi "Kəpəz"i qəbul edəcək. 7 turdu uduzmayan Samir Abasovun yetirmələri doğma azarkeşlər önündə növbəti qələbə qazanmağa köklənib. Ardıcıl 9 matçdı qol buraxan qərblilər xal həsrətini bitirmək iddiasındadı.

Azərbaycan Premyer Liqası - XX tur

13 mart (çərşənbə axşamı)

15:30. "Keşlə" - "Qəbələ"
İlk iki dövrədəki oyunlar: 1:2, 0:3
"İnter Arena"

14 mart (çərşənbə)

17:00. "Zirə" - "Səbail"
İlk iki dövrədəki oyunlar: 2:1, 1:0
Zirə İdman Kompleksinin stadionu

18:00. "Neftçi" - "Qarabağ"
İlk iki dövrədəki oyunlar: 1:3, 0:1
8-ci km qəsəbə stadionu

20:00. "Sumqayıt" - "Kəpəz"
İlk iki dövrədəki oyunlar: 2:1, 3:0
Sumqayıt. Şəhər stadionu

1

Qarabağ

19

15

3

1

30-7

48

2

Qəbələ

19

12

2

5

33-19

38

3

Zirə

19

9

5

5

27-19

32

4

Sumqayıt

19

9

4

6

24-20

31

5

Neftçi

19

8

2

9

24-22

26

6

Səbail

19

5

2

12

13-27

17

7

Keşlə

19

4

3

12

16-31

15

8

Kəpəz

19

3

1

15

12-34

10

Bombardir: Baqali Dabo ("Qəbələ) - 11 qol 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.