İdman

Milli futbolçumuz oynamadı, komandası məğlub oldu

12 Mart 2018 10:01
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Erat bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

"Duysburq" geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 6-cı pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.