İdman

Bu gün İddiaçılar Turnirinin üçüncü turu keçiriləcək

12 Mart 2018 08:55
1 Şərh     Baxış: 596

Bu gün şaxmat üzrə İddiaçılar Turnirinin üçüncü turu keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnirdə iştirak edən Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov üçüncü turda ABŞ təmsilçisi Fabiano Karuano ilə qarşılaşacaq. İkinci turda Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla heç-heçə edib.

İki turun nəticələrinə əsasən, turnir cədvəlində ilk pillədə Məmmədyarov, Kramkin və Karuana (1,5 xal), ikinci pillədə Aronyan, Qrişyuk və Din Lijen (1 xal), üçüncü pillədə isə Karyakin və So (0,5 xal) qərarlaşıblar.

Turnir martın 27-nə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elmar · 12 Mart 09:4400

    Şaxmat olmaz, şahmat olar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.