İdman

"Synergy Baku" Side Qran-Prisinin ən yaxşısıdır - FOTO

12 Mart 2018 03:30
0 Şərh     Baxış: 850

Türkiyənin Side bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Side Qran-Prisi keçirilib. 

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibliyindən Milli.Az-a verilən məlumata görə, birgünlük yarış "Synergy Baku" kontinental komandamız üçün uğurlu alınıb.

Yarışda Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Polivoda, Musa Mikayılzadə, Kərim Şirəliyev, Kənan Qəhrəmanlı və Telman Vəliyevdən ibarət heyətlə mübarizə aparan komandamızın heyətində ən yüksək nəticəyə Samir Cəbrayılov imza atıb. Əla komanda işinin nəticəsi olaraq finiş xəttinə 4 nəfərlik kiçik qrupun tərkibində gələn Samir 184,9 km məsafəni 4 saat, 16 dəqiqə, 23 saniyəyə başa vurub və fotofinişə əsasən 2-ci olub. Bu nəticə həmçinin idmançımıza 30 reytinq xalı da qazandırıb.

"Synergy Baku"nun digər üzvü Aleksandr Polivoda isə qalibdən 5 saniyə geri qalmaqla 5-ci yeri tutub və bununla da klubumuzun aktivinə daha 15 xal əlavə edib. Komanda hesabına gəlincə, "Synergy Baku" ən yaxşı göstəriciyə imza atmaqla xüsusi mükafatla da təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.