İdman

Milli üzvü çıxdı, komandası uduzdu

11 Mart 2018 22:31
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yenidən Azərbaycan millisinə dəvət alan Ufuk Budakın formasını geyindiyi "Samsunspor" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Qaziantepspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Matça start heyətdə başlayan Umut 66-cı dəqiqədə əvəzlənib. Qarşılaşmadakı hər üç qol da məhz millimizin üzvü meydanı tərk etdikdən sonra vurulub.

Qeyd edək ki, "Samsunspor" hazırda 32 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.