İdman

Gənc qapıçı İtaliya klublarının hədəfində

11 Mart 2018 21:00
0 Şərh     Baxış: 526

Fransa Liqasında mübarizə aparan "Tuluza"nın qapıçısı Alban Lyafon 2 İtaliya klubunun maraq dairəsinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, söhbət "Napoli" və "Roma"dan gedir. 19 yaşlı qolkiperin hazırki klubu ilə müqaviləsi 2020-ci ilin yayına kimi qüvvədədir. Onun transfer qiyməti 10 milyon avro göstərilir. Məlumdur ki, "Napoli"nin qapıçısı Pepe Reyna yayda "Milan"a keçəcək. Neapol təmsilçisi onun əvəzinə Lyafonun namizədliyini düşünür. "Roma" isə Alison Bekeri "Liverpul"a satsa, qapıçıya ehtiyacı olacaq. Lyafonla daha öncə Roma şəhərinin digər klubu "Latsio" və "Arsenal" da maraqlanırdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.