İdman

Ronaldo: "Onlar məni "İnter"ə gətirdilər, burda "Fenomen" oldum"

11 Mart 2018 20:51
0 Şərh     Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 10-da "İnter" klubu 110 illik yubileyini qeyd etdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Nerazzurri"nin şərəfini qorumuş ən parlaq simalardan olan Ronaldo bunları deyib:

"Klubun "Şöhrət zalı"na daxil edilməyimə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Mənə mənəvi atalıq edən Massimo Moratti və onun ailəsinə xüsusilə minnətdaram. Onlar məni "İnter"ə gətirdilər, burda "Fenomen" oldum. Mənim vaxtımda yaxşı oynamaq kifayət etmirdi. Biz hər rəqib və sonradan aşkarlanan korrupsioner sistemlə mübarizə aparırdıq. Həmin "İnter" daha artıq uğura layiq idi.

Mənimlə gülən və ağlayan "İnter" azarkeşlərinə təşəkkür edirəm. Zədələndiyim vaxt onlar mənə çox kömək etdi. Özümdə əvvəl görmədiyim güc kəşf etdim. Meydana qayıdıb-qayıtmamaq üzərində düşünürdüm. Həmin vaxt daxili gücümü kəşf etdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.