İdman

Kintana: "Heç kəsi hesabdan silmirik"

11 Mart 2018 16:48
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Topaz Premyer Liqasının 19-cu turunda "Zirə"yə 2:0 hesabıyla qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunda ilk qolun müəllifi olan Dani Kintana jurnalistlərə müsahibə verib. 

"Erkən qol vurmaq xeyrimizə oldu. Az sonra ikinci dəfə də fərqləndik. Oyunun kontrolunu ələ aldıq. Düşünürəm ki, 3 xala layiq idik". 

- Oyunun gedişində bir neçə dəfə mövqeyini dəyişdin. Bu, əvvəlcədən verilən tapşırıq idi?

- Baş məşqçi mənə meydanda sərbəstlik, azadlıq verib. Buna görə də sevinirəm. Bu, oyunda uğurlu alındı. Matçın gedişində belə hallar olur.

- Növbəti oyununuz "Neftçi"yə qarşıdır. Rəqibiniz son zamanlar yaxşı formadadır. Azərbaycan derbisi haqda düşüncələriniz maraqlıdır...

- Bilirik ki, yaxşı formadadırlar. Ardıcıl qələbə qazanırlar. Biz də "Qarabağ" olaraq meydana qələbə üçün çıxacağıq. "Neftçi"nin işini çətinə salmağa çalışacağıq.

- "Qəbələ" çempionluq yarışından erkən qopdu. Xal fərqi 10-a bəravərdir. "Qəbələ"nin belə mübarizədən kənar qalması sənin üçün gözlənilməz olmadı?

- Əslinə qalsa, "Qəbələ"nin xallar itirməsi təəccüblü oldu. Ancaq heç kəsi hesabdan silmirik. Riyazi cəhətdən şansları var. Mübarizə davam edir. Hər oyuna qələbə üçün çıxırıq. Addım-addım gedirik. Növbəti 9 turda da qalib gəlmək üçün çıxacağıq.

- Səncə irəli xəttdə Ramil Şeydayev daha istedadlıdır, yoxsa Mahir Mədətov?

- Gəlin, bu məsələləri müzakirə etməyək. Hamısı bizim üçün vacib futbolçulardı. Bu oyunda Ramil start heyətdə çıxış etdi. Qərarları baş məşqçi verir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.