İdman

""Real Madrid" belə İspaniya çempionatında qalib gəlməkdə çətinlik çəkir"

11 Mart 2018 14:01
16 Şərh     Baxış: 1 378

"Zirə"nin futbolçusu Aleksandr Dedov səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az goal.az-a istinadən moldovalı yarımmüdafiəçinin müsahibəsini təqdim edir.

- İlk yarıda vurduğunuz zərbə qolla nəticələnsəydi, hesab başqa cür ola bilərdi?

- Əlbəttə. Qol vursaydım, nəticə başqa cür ola bilərdi. Bəlkə də uşaqlar özlərinə daha çox inanardılar. Oyun da fərqli məcrada davam edərdi. Amma alınmadı.

- Ötən tur nəyə görə "Keşlə"yə qarşı oynamadınız?

- Bunu baş məşqçidən soruşun. Mən cavab verə bilmərəm.

- "Qarabağ"dan belə oyun gözləyirdin?

- Bəli. Əvvəllər də onların oyunlarına televiziya vasitəsilə baxmışdım. Bilirdim ki, topla çox oynayırlar. "Qarabağ" yaxşı komandadır və yaxşı oyunçulara malikdir. Belə kollektivlərə qarşı çıxış etmək xoşdur. Amma daha çox oynamaq lazımdır.

- Səncə, "Sheriff" güclüdür, yoxsa "Qarabağ"?

- Məncə, hər ikisi eyni səviyyəlidir.

- Azərbaycan çempionatı sənin üçün Avropaya tramplin rolunu oynaya bilər?

- Niyə də yox?! Yaxşı oynayırsansa, istənilən çempionat daha güclü liqa üçün tramplin ola bilər.

- "Zirə" qış fasiləsindən sonra qeyri-sabit çıxış edir. Komandada nə baş verir?

- Məncə, bu, psixoloji məqamla bağlıdır. Bir oyundan qalib ayrılsaq, hər şey yoluna qoyulacaq. Ola bilsin, bəxtsizlik var. Bu suala cavab verə bilmərəm. Amma fikrimcə, ortalıqda nəsə var ki, bizə maneçilik törədir.

- Demək olarmı ki, "Qəbələ" ilə səfər oyunundakı 2 qırmızı vərəqə və baş məşqçiniz Ayxan Abbasovun cəzalanması "Zirə"ni sındırdı?

- Xeyr, niyə ki?! Düzdür, ağır idi. Çünki 2 oyunçu və baş məşqçimizi itirmişdik. Lakin bizim 25 futbolçumuz var. Hər biri meydana çıxaraq, öz işini 100 faiz görməlidir. Bu gün kimsə xəstələnə, sabah kimsə zədələnə bilər. Ona görə də meydana 11 hazırlıqlı futbolçu çıxır.

- "Səbail"lə qarşılaşmada qalib gəlsəniz, "Zirə"nin ikinci nəfəsinin açılacağını düşünürsünüz?

- Biz bütün mümkün və mümkün olmayanı etməliyik ki, qalib gələk. Sonrasına baxarıq.

- Belə uğursuz seriyadan sonra "Zirə"yə gəlməyinə təəssüflənmirsən?

- Nəyə görə təəssüflənməliyəm? Etdiyim hərəkətə görə heç vaxt təəssüflənmirəm. Məncə, hər şey yaxşı olacaq. Əsas məsələ bu dövrü arxada qoymaqdır. Bundan sonra hər şey yaxşı olacaq.

- "Qara zolaq"da olduğunuzu düşünmürsən?

- Razıyam. Bu, bütün komandalarda olur. Hətta "Real Madrid" belə İspaniya çempionatında qalib gəlməkdə çətinlik çəkir, 90-cı dəqiqədə buraxdığı qolla uduzur. Futbolda hər şey olur. Belə məqamları geridə qoymaq, qalib gəlmək və irəli getmək lazımdır.

- Hesabat turunun nəticələrindən sonra 4-cü pillədəki "Sumqayıt"la xal fərqiniz 1-ə enib. Daha bir oyunda xal itkisi 3-cü pilləni də əldən verməyinizlə nəticələnə bilər...

- Hələ irəlidə 9 tur var. Bütün mübarizə irəlidədir. Hətta 4 xallıq fərq olsaydı belə, qarşıdakı turların nəticələrini gözləmək lazım gələcəkdi.

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Yağmur · 11 Mart 14:0532

    Yaxşı görək,sən hələ,Öz topaz liqamızı qazanmaqda çətinlik çəkirsiz o ki,qaldı.İspanya,bil sonra danış,bəs neçə ildir İspanyada la iganı qazanan kimdir R.M,ÇL nı kim qazanır R.M,bu klub,böyük olduğundan böyük uğrulara böyük imza atır,siz narahat olmayın,efəndim

    Cavab yaz
  • Anonim
    Yağmur · 11 Mart 14:2132

    Düzdür futbolda hər şey ,olur amma sırf Realı misal gətirməyin doğru olmazdı,,qaldı ki özünü müdafiə edib,Realı misal gətirməyə,onlar özlərinə cavabdehdilər,səndə özünə,bir sözlə denən,futbol oynaya bilmirkdə nə uzadırsız,ay Real belə uduzur ,ay belıə edir.Çl da görürsüz nələr edir,

    Cavab yaz
  • Anonim
    elvi · 11 Mart 14:2734

    Realı ən çox darmadağın edən bir kulub var o da Barselonadır

    Cavab yaz
  • Anonim
    elvo · 11 Mart 14:2932

    Realı ən çox darmadağın edən bir kulub var o da barselona dır

    Cavab yaz
  • Anonim
    patriot · 11 Mart 14:5644

    barselona azerkewleri yaxwi arawdirsinlar REAL MADRID barselonani 11 -1 udan vaxti olub barselonun REAL MADRID e catmaqa cox var...

    Cavab yaz
    • Anonim
      Yağmur · 11 Mart 15:0322

      əlbəttə R.M El clasicoda barsanı çox məğlub edib

      Cavab yaz
  • Anonim
    Barcelona · 11 Mart 15:2423

    Real elklasikolarda barsanı 92 dəfə barsa 90 yoxsaki 91 dəfəmi udub ,ama belə yoldaşlığ dosluğ oyunlarda barsa realı 111 real bardanı 99 dəfə udub hamsınl birlikdə hesablıyanda Barcelona realı çoooox udubb

    Cavab yaz
    • Anonim
      Yağmur · 11 Mart 15:4162

      Arkadaşım,yaxşı bax,vikipediyadan yazıram,İndiyədək, ümumilikdə 262 dəfə qarşılaşan komandalardan Realın 92 Barsanın 88 qələbəsi var 42 oyun heç heçə bitib,La liga çərçivəsində 160 dəfə üz üzə gəliblər,68 maçtda Real qələbə qazanıb,62 maçta Bacelona.30 maçtda isə heç heçə və,Katalonların ən böyük hesablı qələbəsi real üzərində 7-1,Realınsa ən böyük hesablı qələbəsi barsa üzərində 11-1,Fakt ,,Real ,N1 dir,,əvvəldən hür yaşayıb,hür yaşadı hangi çılğın ona zəncir vuracaqmış şaşaram!!

      Cavab yaz
      • Anonim
        Oliver Twist · 11 Mart 17:1811

        Ne oldu bana verdiyiniz o Yağmur sözü? Ne çabuk unuttunuz?

        Cavab yaz
        • Anonim
          Yağmur · 11 Mart 17:5810

          Hansı,söz?

          Cavab yaz
          • Anonim
            Yağmur · 11 Mart 18:0930

            aa bildim!,anti realçılarla mübahisə etməmək,amma olmur,,bacara bilmirəm, amma yenə dəniyəcəğəm, !!! Real Psg matçından sonra yazmadım!! Yaxşı ki yazmadım, burda yenə mübahisə edirdilər !!

            Cavab yaz
            • Anonim
              Oliver Twist · 12 Mart 16:5300

              Denemeye lüzum yok.İstediyinizi yapa bilirsiniz.Bol şans!

            • Anonim
              Yağmur · 12 Mart 19:1200

              Təşəkkür edirəm,!,amma yenədə dəniyəcəğəm,,!! xeyr dənəməyə gərək var,!

  • Anonim
    deniz · 11 Mart 16:4524

    Sənin o uzun-uzadı yazılarını oxuyan var ,görəsən?

    Cavab yaz
  • Anonim
    deniz · 11 Mart 16:4524

    Hətta heç kimə lazım olmayan

    Cavab yaz
    • Anonim
      Yağmur · 11 Mart 17:5722

      Ay qız sənə nə,sənə nə aidiyyəti sən oxuma,nə girdin ortaya,gördün ki onla mən danışırdıq,Dəniz xanım,aidiyyəti olmayan işlərə qarışmayın,,

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.