İdman

Futbol oyunu zamanı helikopter stadiona endi

11 Mart 2018 10:42
0 Şərh     Baxış: 1 582

Futbol üzrə İngiltərə dördüncü divizionunda "Chesterfield" və "Lincoln City" matçı zamanı azarkeşlərdən birinə yardım göstərmək üçün həkimləri daşıyan helikopter stadiona məcburi eniş edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, azarkeş oyun zamanı özünü pis hiss etdiyindən, matç 26-cı dəqiqədə dayandırılıb və futbolçular meydandan çıxarılıb. Matçda 30 dəqiqə fasilə yaranıb. Təcili yardım helikopter stadionunun qazonuna enib və həkimlər azarkeşin həyatını xilas edə bilib. Hazırda azarkeşin vəziyyəti yaxşıdır və onun həyatı üçün heç bir təhlükə yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.