İdman

Karyakin Məmmədyarovla oyun barədə: "Ümid edirəm ki..."

11 Mart 2018 09:53
0 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı şahmatçı Sergey Karyakin hesab edir ki, onun Berlində keçirilən İddiaçılar turnirində qələbə qazanmaq şansları var.

Milli.Az report.az-a istinadən bildirir ki, o bunu I turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra deyib.

"Ola bilsin ki, mən turnir başlayana qədər indikindən daha nikbin idim. Lakin turnir uzun çəkəcək və ümid edirəm ki, mənim hələ qələbə qazanmaq üçün şanslarım olacaq. Bunun üçün mənə öz oyunumu tapmaq lazımdır", - deyə o bildirib.

Növbəti turda Karyakin digər rusiyalı şahmatçı Kramniklə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.