İdman

"Əsas odu ki, qol fürsəti əldə edə bilirdi" - Qurban Qurbanov

10 Mart 2018 21:41
1 Şərh     Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vacib 3 xal qazandıq. Bilirdik ki, "Zirə" ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının XIX turunda "Zirə"ni qəbul edən Ağdam klubu 2:0 hesablı qələbə qazanıb.

 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matçdan sonra mətbuat konfransı keçirən Qurban Qurbanov bunları deyib: "İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm".

- Həmişə Ramil Şeydayevə az şans verdiyiniz deyilirdi. Bu gün onun oyunundan razı qaldız?

- Bəli, razı qaldım. Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu gün çox çalışdı. Çox istəkli idi.

- Ancaq Ramil sanki qol duyumunu itirib...

- Bu, normal haldı. Həmin epizodları əldə etmək vacibdi. Əsas odu ki, qol fürsəti əldə edə bilirdi. Hücumçu üçün əsas xüsusiyyət budu. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək.

- Növbəti oyunda "Neftçi" ilə qarşılaşacaqsız. Rəqib son vaxtlar öz oyununu tapıb...

- Bəli, məncə də, rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. "Qəbələ" ilə matçda 2, "Keşlə"yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.