İdman

"Səhv etdiyimi düşünmürəm" - Ayxan Abbasov

10 Mart 2018 21:39
0 Şərh     Baxış: 403

"Çətin oyun oldu. Bunu gözləyirdik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib.

Azərbaycan Premyer Liqasının XIX turunda "Qarabağ"ın qonağı olan paytaxt klubu 0:2 hesabı ilə uduzub.

Matçdan sonra mətbuat konfransı keçirən Abbasov məğlubiyyəti şərh edib: "Çalışdıq ki, xal qazanaq, ancaq bacara bilmədik. "Qarabağ" səhvi bağışlamır. Bu barədə futbolçulara məlumat vermişdim. İkinci hissədə bəzi dəyişiklər etdim. Bunun xeyri olsa da, "Qarabağ"ın müdafiəsini yarmaq çox çətindi. Qış fasiləsindən sonra qələbə qazana bilməmişik. Çalışacağıq ki, növbəti oyunlarda qalib gələrək, bu vəziyyətdən çıxaq".

- Cinahlarda radikal dəyişikliklərə əl atmışdız. Bu məsələdə səhv etdiyinizi qəbul edirsiz?

- Xeyr, səhv etdiyimi düşünmürəm. Biz hər oyunda futbolçuları dəyişirik. Bu gün müdafiədə daha yaxşı olan oyunçulara üstünlük vermişdik. Çalışmışdıq ki, zonaları bağlayaq. Sıx qrafikdi. 4 gün sonra yenə oyunumuz var. Buna görə, bəzi dəyişikliklər etdik.

- Elşən Abdullayevi erkən əvəzləməyinizin səbəbi nə idi? Oyunundan narazı qaldız?

- Bəli, oyunundan narazı qaldım ki, dəyişdim.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.