İdman

"Nə menecer? Şəxsi agenti olduğum futbolçu yoxdur" - "Sumqayıt" klubunun prezidenti

10 Mart 2018 19:38
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bütün komandaya minnətdarlığımı bildirirəm. Klub prezidenti kimi ilk oyunumda qələbə qazandıqları üçün təşəkkür etdim. Çox çətin oyun oldu. "Səbail"ə də növbəti oyunlarda uğurlar arzulayıram".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Sumqayıt" klubunun yeni prezidenti Riad Rəfiyev səfərdə "Səbail"i 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIX tur matçından sonra deyib.

Daha sonra gənc klub rəhbəri jurnalistlərin suallarını cavablandırıb...

Necə oldu ki, "Sumqayıt"ın prezidenti oldunuz?

- Klubun Müşahidə Şurası ilə görüşümüz oldu. Sonra isə qərar qəbul edildi.

Qərar qəbul etməyə çoxmu vaxt sərf etdiniz?

- Çox yox, bir qədər çəkdi.

Klubun inkişaf strategiyasını necə görürsünüz?

- Yeni vəzifədə işə martın 12-də başlayacağam. Klubla tanışlıq üçün mənə bir az vaxt lazım olacaq. Bundan sonra söz verirəm ki, hamınıza müsahibə verəcəyəm. Hər şey barədə danışacağıq. Problem yoxdur. Mən mətbuata açıq adamam, qapalı insan deyiləm. Sadəcə, hələ klubla yaxından tanış olmamışam. İşə başladıqdan sonra hər şey barədə ətraflı danışarıq.

Klub prezidenti kimi işə başladıqdan sonra Premyer Liqadakı futbolçuların agenti olaraq, fəaliyyətinizi donduracaqsınız?

- Nə menecer? Belə şey heç vaxt olmayıb axı... AFFA olaraq, futbolçularımıza kömək etmişik ki, gedib xaricdə oynasınlar. Şəxsi agenti olduğum futbolçu yoxdur.

Oyunu hazırda "Neftçi"də çalışan "Sumqayıt"ın keçmiş meneceri Ceyhun Sultanovla birgə izlədiniz. Ondan məsləhətlər aldınız?

- Ceyhun bizim dostumuzdur. Onunla hər şey barədə danışmışıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.