İdman

“Şəhriyar Məmmədyarovla müqayisədə daha yaxşı formadayam”

10 Mart 2018 14:05
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat yarışı Vladimir Kramnik, Aleksandr Qrişuk və Şəhriyar Məmmədyarovla müqayisədə daha yaxşı formada olduğumu göstərdi".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "İzvestiya"ya müsahibəsində rusiyalı şahmatçı Sergey Karyakin bu gün Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turniri barədə danışarkən deyib.

Turnirin ilk turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla qarşılaşacaq 28 yaşlı qrossmeyster bildirib ki, bütün iştirakçıların şansları bərabərdir: "Moskvada maksim səviyyədə çıxış etdiyimi söyləyə bilmərəm. Hər oyundan qabaq düşünürdüm ki, hansısa ideyanı İddiaçılar Turnirindən əvvəl göstərim, ya yox. Fikrimcə, iştirakçıların şansları bərabərdir. Turnir kimin daha yaxşı hazırlaşdığını göstərəcək".

Qeyd edək ki, Ş.Məmmədyarov Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat yarışında yalnız hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananddan geri qalaraq ikinci yer tutub. Hazırda 2809 xalla FİDE sırlamasında 2-ci pillədə qərarlaşan 33 yaşlı qrossmeyster İddiaçılar Turnirinə reytinq favoriti kimi başlayacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Mükafat fondu 420 min avro olan yarışa 8 şahmatçı qatılacaq və onlar 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.