İdman

“Qarabağ” 2, “Zirə” 5 pillə irəlilədi

10 Mart 2018 14:45
0 Şərh     Baxış: 571

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "clubworldranking"in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə yenə "Qarabağ"dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 536-cı komandasıdı. "Qarabağ" son siyahı ilə müqayisədə 2 pillə irəliləyib.

368 xala malik "Keşlə" 758-ci yerdə qərarlaşıb. "Qəbələ" 255 xalla 807-cı pillədədi. "Zirə"nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 826-cısıdı. Bu klublardan müvafiq olaraq, 2, 1 və 5 pillə irəliləyiblər.

Qeyd edək ki, cədvəlin ilk "üçlüy"ündə də dəyişiklik olub. İspaniya "Real"ı 18075 xalla 1-ci, "Barselona" 15569 xalla 2-ci yerdə qaldığı halda, "Atletiko" 3-cü yeri tərk edib. Madridliləri Braziliya "Qremio"su qabaqlayıb. Onlar 14254 xala malikdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.