İdman

Tərlan Əhmədov: “Xal itirsək, məyus olardım”

10 Mart 2018 16:23
0 Şərh     Baxış: 477

Xal itirsək, məyus olardım. Azarkeşlərimizi təbrik edirəm.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda "Keşlə" üzərində 3:2 hesablı qələbəni şərh edərkən deyib.

O bildirib ki, pillə-pillə irəliləyirlər və hər oyuna motivasiyalı çıxmağa çalışırlar: "Futbolçularıma təşəkkür edirəm. Bu gün məğlub da ola bilərdik. Gözəl oyunla qalib gəldik. Oyunun gedişində Rəhman Hacıyevi əvəzləmək istəyirdim, lakin Emin Mahmudovu dəyişdim. O, yaxınlaşıb yorğun olduğunu bildirdi və onu əvəzlədik. Əvvəlcədən də "Keşlə"nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Bununla bağlı komandaya tapşırıq vermişdim. Ancaq qarşısını ala bilmədik. Bu, "Keşlə"nin üstünlüyüdür. Çalışacağıq ki, gələn oyunlarda bu cür hallar yaşanmasın".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.