İdman

"Barselona"nın baş məşqçisindən Neymar açıqlaması

10 Mart 2018 17:26
0 Şərh     Baxış: 1 798

"Çelsi" ilə oyunu düşünmürük. Bu dəfə Çempionlar Liqası öncəsi istirahət üçün vaxtımız daha çox olacaq. İndi əsas hədəfimiz "Malaqa" ilə qarşıdakı matçda diqqətli oynamaqdır".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Velverde deyib. La Liqanın 28-ci turunun "Malaqa" ilə oyunu öncəsi jurnalistlərin suallarını cavablandıran mütəxəssis PSJ-nin hücumçusu Neymarın Kataloniya klubuna qayıtmaq istəməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Malaqa"ya xal lazımdır. Ona görə də qol vurmağa çalışacaqlar. Bu görüşdə İnyestanı Koutinyo və ya Andre Qomeş əvəzləyəcək. O ki qaldı Neymarın "Barselona"ya qayıtmasına, fərziyyələr haqda danışmaq istəmirəm".

Qeyd edək ki, "Malaqa" - "Barselona" oyunu bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.