İdman

Yığmamızın üzvü PSV üzərində qələbəyə sevindi

10 Mart 2018 10:33
1 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 28-ci turun oyunları keçirilir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Valveyk" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.

Kökçü də bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçın 72-ci dəqiqəsində, hesab 2:2 olarkən əvəzlənib.

"Valveyk" hazırda 27 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.