İdman

Şəhriyar İddiaçılar turnirində mübarizəyə başlayır

10 Mart 2018 09:22
0 Şərh     Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turniri start götürəcək.

Milli.Az report-a istinadən, yarışda Azərbaycanı 2017-ci il Qran Pri seriyasının qalibi Şəhriyar Məmmədyarov təmsil edəcək. Hazırda 2809 xalla FİDE sırlamasında 2-ci pillədə qərarlaşan 33 yaşlı qrossmeyster turnirə reytinq favoriti kimi başlayacaq.

Mükafat fondu 420 min avro olan yarışa 8 şahmatçı qatılacaq və onlar 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər. Turnirdə Ş.Məmmədyarovla yanaşı, xüsusi dəvətli Vladimir Kramnik, dünya ikincisi Sergey Karyakin (hər ikisi Rusiya), Dünya Kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FİDE reytinqində yüksək reytinqə malik iki qrossmeyster - Fabiano Karuana və Uesli So (hər ikisi ABŞ), eləcə də Qran Pri seriyasının finalçısı Aleksandr Qrişuk (Rusiya) qüvvəsini sınayacaq.

Ş.Məmmədyarovun ilk görüşdəki rəqibi S.Karyakin olacaq. Martın 28-dək davam edəcək İddiaçılar Turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə titulun sahibi norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Yarışın qalibi 95 min, digər yerlərin sahibləri isə müvafiq olaraq 88 min, 75 min, 55 min, 40 min, 28 min, 22 min və 17 min avro qazanacaqlar.

Turnir cədvəlində mövqelər müəyyənləşdirilərkən ardıcıl olaraq şəxsi görüşlər, qələbə sayı və Berger əmsalı nəzərə alınacaq. Bütün hallarda bərabərlik qeydə alınarsa, tay-breyk keçiriləcək.

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Tay-breykə ehtiyac duyulmayacağı təqdirdə turnirə martın 27-də yekun vurulacaq.

İddiaçılar Turnirinin təqvimi

Birinci dövrə

I tur, 10 mart

V.Kramnik - A.Qrişuk
S.Karyakin - Ş.Məmmədyarov
L.Aronyan - D.Lijen
F.Karuana - U.So

II tur, 11 mart

A.Qrişuk - U.So
D.Lijen - F.Karuana
Ş.Məmmədyarov - L.Aronyan
V.Kramnik - S.Karyakin

III tur, 12 mart

S.Karyakin - A.Qrişuk
L.Aronyan - V.Kramnik
F.Karuana - Ş.Məmmədyarov
U.So - D.Lijen

IV tur, 14 mart

A.Qrişuk - D.Lijen
Ş.Məmmədyarov - U.So
V.Kramnik - F.Karuana
S.Karyakin - L.Aronyan

V tur, 15 mart

L.Aronyan - A.Qrişuk
F.Karuana - S.Karyakin
U.So - V.Kramnik
D.Lijen - Ş.Məmmədyarov

VI tur, 16 mart

F.Karuana - A.Qrişuk
U.So - L.Aronyan
D.Lirjen - S.Karyakin
Ş.Məmmədyarov - V.Kramnik

VII tur, 18 mart

A.Qrişuk - Ş.Məmmədyarov
V.Kramnik - D.Lijen
S.Karyakin - U.So
L.Aronyan - F.Karuana

İkinci dövrə

VIII tur, 19 mart

A.Qrişuk - V.Kramnik
Ş.Məmmədyarov - S.Karyakin
D.Lijen - L.Aronyan
U.So - F.Karuana

IX tur, 20 mart

U.So - A.Qrişuk
F.Karuana - D.Lijen
L.Aronyan - Ş.Məmmədyarov
S.Karyakin - V.Kramnik

X tur, 22 mart

A.Qrişuk - S.Karyakin
V.Kramnik - L.Aronyan
Ş.Məmmədyarov - F.Karuana
D.Lijen - U.So

XI tur, 23 mart

D.Lijen - A.Qrişuk
U.So - Ş.Məmmədyarov
F.Karuana - V.Kramnik
L.Aronyan - S.Karyakin

XII tur, 24 mart

A.Qrişuk - L.Aronyan
S.Karyakin - F.Karuana
V.Kramnik - U.So
Ş.Məmmədyarov - D.Lijen

XIII tur, 26 mart

Ş.Məmmədyarov - A.Qrişuk
D.Lijen - V.Kramnik
U.So - S.Karyakin
F.Karuana - L.Aronyan

XIV tur, 27 mart

A.Qrişuk - F.Karuana
L.Aronyan - U.So
S.Karyakin - D.Lirjen
V.Kramnik - Ş.Məmmədyarov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.