İdman

"Barselona" braziliyalı futbolçunun transferini həll etdi

9 Mart 2018 16:04
1 Şərh     Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" braziliyalı yarımmüdafiəçi Arturun transferini həll edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qremio"nun 21 yaşlı futbolçusunun transferi 2019-cu ilin yayında rəsmiləşəcək. Katalon klubu 30 milyon avronu birbaşa, 10 milyonu isə bonus şəklində hissə-hissə ödəyəcək. Uzun müddət "Barselona"nın maraq dairəsində olan Artur 2017-ci ilin dekabrında klubun idman direktoru Robert Fernandezlə görüşmüşdü. Martın 7-si "Qremio"nun prezidenti Romildo Bolzan jurnalistlərə açıqlamasında keçidin reallaşmaq üzrə olduğunu demişdi.

Arturun transferi Andre Qomeşin "Barsa"dan getməsi ilə nəticələnə bilər. Filippe Koutinyonun komandaya qoşulmasından sonra meydana çıxmaq şansları azalan portuqaliyalının adı "Mançester Yunayted" və "Tottenhem" ətrafında hallanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.