İdman

"Barselona"nın Arda Turan planı üzə çıxdı

28 Fevral 2018 18:58
1 Şərh     Baxış: 3 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Başakşəhər"ə icarəyə verilən Arda Turanın "Barselona" ilə müqaviləsindəki bir maddə üzə çıxıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, həmin maddəyə əsasən Kataloniya klubu mövsümün sonunda türk futbolçunu istədiyi kluba sata bilər. Bunun qarşısını almaq üçün "Başakşəhər"lə imzalanan müqavilədə heç bir maddə yoxdu.

Qeyd edək ki, "Başakşəhər" qış fasiləsində Ardanı 2,5 illik icarəyə götürüb. Türkiyə klubu futbolçuya bu mövsüm üçün 2, qarşıdakı 2 mövsüm üçün isə 4 milyon avro maaş və bonuslar verəcək. "Barselona" gələn mövsüm başqa bir kluba satsa, transfer haqqının 20, sonrakı mövsüm satacağı halda isə 25 faizini "Başakşəhər"ə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.