İdman

Araz Abdullayev yenidən əsas heyətdə, komandası səfərdən 3 xalla dönür

25 Fevral 2018 22:49
0 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiprin I Divizionunda XXVI turun oyunları keçirilir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" də növbəti matçına çıxıb.

Famaqusta təmsilçisi səfərdə AEL-lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Zədədən döndükdən sonra bir neçə oyun start heyətində yer almayan Araz bu dəfə "ilk 11-lik"də meydana çıxıb. O, 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 26 oyuna 56 xal toplayan "Anortosis" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.