İdman

Marsial "Manchester United"dən gedə bilər

25 Fevral 2018 19:00
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Manchester United"in hücumçusu Antoni Marsial yayda klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçunun agenti dekabrda rəhbərliklə görüşüb. Marsiala 2019-cu ilin yayında başa çatacaq müqaviləsini yeniləmək təklif ediləcəyi gözlənilsə də, bu baş verməyib. 22 yaşlı forvard "United"də lazımi qiyməti görmədiyini düşünür. Aleksis Sançezin transferindən sonra Marsialla yeni anlaşma üzrə danışıqlar müvəqqəti dayandırılıb. Bundan sonra futbolçu, hətta Mançester şəhərində ev almaq fikrindən də daşınıb. Onunla "Tottenham", "İnter" və "Real Madrid" maraqlanır. "Real" Marsialı Qaret Beylin komandadan ayrılacağı təqdirdə heyətinə qatmağa çalışacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.