İdman

Azərbaycanın nümayəndə heyəti Olimpiadanın bağlanış mərasimində iştirak edəcək?

25 Fevral 2018 15:40
0 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayrağını könüllü daşıyacaq.

Milli.Az bildirir ki, bunu "report"-a Azərbaycanın şef de-missionu Anar Bağırov deyib.

O bildirib ki, bu gün Bakıya yola düşdükləri üçün Azərbaycan nümayəndə heyəti bağlanış mərasimində iştirak etməyəcək.

Keçid zamanı Azərbaycanla yanaşı, Livan, Lixtenşteyn, Keniya, Sinqapur, Özbəkistan, İran, Hindistan, Makedoniya, Macarıstan və Honkonqun da bayraqlarını könüllülər aparacaqlar.

Buna səbəb Azərbaycan kimi, adları qeyd olunan ölkələrin də nümayəndə heyətlərinin artıq Cənubi Koreyanı tərk etmələridir.

Bağlanış mərasimində Rusiya idmançılarının çıxış etdikləri Beynəlxalq Olimpiya Komitəsinin bayrağını da könüllü tutacaq.

Bağlanış mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Açılışda Azərbaycanın bayraqdarı Oyunlarda ölkənin yeganə təmsilçisi olan xizəksürən Patrik Braxner idi. O, çıxış etdiyi slalom yarışında yıxıldığı üçün finiş xəttinə çata bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.