İdman

Toni Kroos 1 həftəlik qəzet redaktoru işlədi

25 Fevral 2018 15:24
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın ən böyük idman nəşrlərindən olan "Sport Bild" fevralın 23-də 30 yaşını qeyd edib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu münasibətlə jurnalın xüsusi həftəlik icmalının baş redaktoru "Real"ın yarımmüdafiəçisi Toni Kroos olub. Toni əsas materiallar üçün dizayn seçməklə barəbər, "Freiburg"un baş məşqçisi Kristian Ştrayx və "Bayern Munchen"in sabiq idman direktoru Mattias Zammerdən müsahibə də götürüb. 

Kroos fevralın 6-dan bu istiqamətdə işləyib. O, "Real"ın məşqindən sonra Frayburqa zəng edib. Ştrayx üçün 15 sual hazırlayan futbolçu əsasən taktikaya aid suallara yer verib. "Freiburg" yoxlama oyunu keçirməli olduğundan tələsik müsahibə verən Ştrayx, hətta Kroosdan oğlu üçün imzalanmış forma istəməyi də unudub. Amma alman futbolçu formanı ünvanına çatdıracaq. 

Daha sonra "Facetime"da Zammerlə söhbət olub. Öncə "Real" və Zinəddin Zidanın fikirləri müzakirə olunub. Müsahibələr alındıqdan sonra "Sport Bild"in jurnalisti Kristian Falk Kroosla birlikdə həfətlik icmal üçün şəkilləri seçiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.