İdman

Messidən 1 oyunda 2 rekord

25 Fevral 2018 12:13
2 Şərh     Baxış: 2 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının 25-ci turunda "Girona"nı qəbul edən "Barcelona" 6:1 hesablı qələbə qazanıb. Matçda Luis Suarez 3, Lionel Messi 2 qol vurub. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı ulduz Primerada oynamış 36 komandaya qol vurmaqla Raul Qonzalez və Aritz Adurizin (Athletic) rekrodunu yeniləyib. Adı çəkilən futbolçular 35 komandanı məyus edib.

Messi Luis Suarezin ilk qolu zamanı məhsuldar ötürmənin də müəllifi olub. Bununla da 30 yaşlı futbolçu Primerada 148-dəfə qola assistentlik edib. Bu baxımdan Messi "Real"ın sabiq futbolçusu Miçel Salqadonu geridə qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.