İdman

BOK rusiyalı atletlərə icazə vermədi

25 Fevral 2018 10:34
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi rusiyalı idmançılara 2018-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi zamanı öz bayraqları altında keçid etmələrinə icazə verməyib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə qərar BOK-un Pxençxanda keçirilən sessiyası zamanı qəbul olunub.

Komitə üzvləri Rusiya Olimpiya Komitəsinə qarşı tətbiq edilən diskvalifikasiyanın tezliklə aradan qaldırılmasına yekdilliklə səs veriblər.

Bununla belə səsvermə zamanı müəyyən edilib ki, diskvalifikasiya Olimpiada-2018-in bağlanış mərasiminə qədər ləğv edilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.