İdman

Ronaldu yubiley qolunu vurdu

25 Fevral 2018 10:02
1 Şərh     Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının 25-ci turunda "Alaves"i qəbul edən "Real" 4:0 hesablı qələbə qazanıb. Madrid klubunun hücumçusu Kriştianu Ronaldu bu oyunda dubla imza atıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz Primera karyerasında 300-cü qolunu vurub. Bu qol həddinə çatmaq üçün Ronalduya 285 oyun lazım olub. O, 300 qola Lionel Messidən daha tez çatıb. Argentinalı ulduz 300-cü qolunu 326-cı oyununda vurmuşdu. Ronaldunun La Liqada hər oyuna orta məhsuldarlığı 1.05 qoldur.

Qeyd edək ki, "Real"ın rəsmi saytı və "Marca" nəşrinə görə Ronaldu 300 qol həddinə çatıb. Digər mənbələr bunun 299 olduğunu iddia edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.