İdman

“Qəbələ” səviyyəsinə uyğun oynaya bilmədi" - Vojislav Stankoviç

24 Fevral 2018 20:59
1 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" səviyyəsinə uyğun oynaya bilmədi" - Vojislav Stankoviç

Azərbaycan Premyer Liqasının XVII turunda "Səbail"lə qarşılaşan "Qəbələ" qış fasiləsindən sonra ilk məğlubiyyətlə üzləşib (1:2).

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran əyalət təmsilçisinin müdafiəçisi Vojislav Stankoviç sualları cavablandırıb.

- Məğlub olduğunuz oyun haqda nə deyə bilərsiniz?

- Bizim üçün uğursuz görüş alındı. İstədiyimiz kimi oynaya bilmədik. Rəqib iki qol vurdu, biz isə bunlardan birinin qarşılığını verə bildik. Cəhd etsək də, məğlubiyyətdən qaça bilmədik.

- "Səbail"lə cari mövsümdə 4 dəfə qarşılamış və heç birində yenilməmişdiniz. Bu dəfə nə dəyişdi ki, məğlubiyyətlə barışdınız?

- "Səbail" oyun planında "artırıb". "Qəbələ" isə öz səviyyəsinə uyğun oyun nümayiş etdirə bilmədi. Bu da hesabda əksini tapdı.

- Bəs "Qəbələ" niyə öz istədiyi oyunu göstərə bilmədi?

- Bilmirəm, oyunun təhlilinə baxdıqdan sonra bunu aydınlaşdıracağıq. O zaman biləcəyik ki, bizdə nə alınmadı və uduzduq.

- Bu nəticədən sonra "Qarabağ"la xal fərqiniz arta bilər. Çempionluq yolunda şansınızın çox azaldığını demək olarmı?

- Əlbəttə, şansımız çox azalıb. "Qarabağ" sabah qələbə qazansa, çempionluq yolunda iri addım atacaq.

- "Qarabağ"ın qarşıdakı oyunlarda xal itirəcəyinə inanırsınızmı?

- Necə olacağını indidən deyə bilmərəm. Amma biz mübarizəmizi sona qədər davam etdirəcəyik. Sonluq necə olacaq, onu zaman göstərəcək.

- "Qarabağ"la matçdan sonra Cavid Hüseynov demişdi ki, uşaqlar meydanda çox istəksiz idilər. Bununla bağlı söhbət oldumu?

- Bu haqda bir söz deyə bilmərəm. "Futbolçular istəksizdilər" iddiasını irəli sürə bilmərəm. Oyunumuz istədiyimiz kimi alınmadı. Çünki rəqib yaxşı çıxış etdi.

- Artıq kuboku qazanmaq sizin üçün prioritetə çevrilibmi?

- "Neftçi" ilə yarımfinalda iki çətin oyun oynayacağıq. Əlbəttə, çalışacağıq qələbə qazanaq. Finala adlasaq, bu missiyanı da orda davam etdirəcəyik. Yəni üzərimizə düşəni etməyə çalışacağıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.