İdman

Pele: “Braziliya həmişə favoritdi”

24 Fevral 2018 18:20
0 Şərh     Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Braziliya yenə favoritdi. Bu komanda həmişə çempionluq uğrunda mübarizə aparacaq gücdədi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Pele deyib.

Üçqat dünya çempionu yayda Rusiyada keçiriləcək dünya çempionatı haqda danışıb. "Futbol kralı" mundialın əsas favoritləri sırasında Braziliyanın da olduğunu qeyd edib: "Son dünya çempionatlarına yaxşı hazırlaşmağa vaxtımız olmayıb. Braziliyanın əksər oyunçuları xarici ölkələrdə çıxış edirlər. Buna görə də, yığmanın məşqçilərinin işi daha da çətinləşir. Çünki komandanın üzərində işləmək lazımdı. Sadəcə, futbolçuları çağırıb, meydana buraxmaqla olmur. Amma braziliyalıların fərdi planda əvvəlki kimi dünyanın ən yaxşı oyunçuları olmasına şübhə etmirəm. Braziliya həmişə favoritdi".

Pele "pentakampeonlar"ın mundialdakı əsas rəqiblərinin adlarını da açıqlayıb: "Həmişəki kimi, Almaniyaya hörmətlə yanaşmaq lazımdı. Buraya Rusiyanı da qatardım. Çünki onlar ev sahibidi. Cənubi Amerika ölkələrindən isə Argentinanın adını çəkməmək olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.