İdman

Maktominey seçim qarşısında

23 Fevral 2018 21:48
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in gənc futbolçusu Skot Maktominey seçim qarşısında qala bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçini həm İngiltərə, həm də Şotlandiya Futbol Assosasiyası milli komandada görmək istəyir. Havbek İngiltərənin Lankaster bölgəsində anadan olsa da, əslən şotlanddır.

Şotlandiya millisinin yeni çalışdırıcısı Aleks Makliş onunla görüşüb qərarına təsir göstərmək niyyətindədir. Təcrübəli mütəxəsis Maktomineyi martda Kosta-Rika və Macarıstanla yoldaşlıq oyunlarında sınaqdan keçirməyi planlaşdırır.

İngiltərə Futbol Assosasiyası (FA) isə futbolçunu hələ "Mançester Yunayted"in akademiyasında olduğu vaxtlardan izləyir. Maktominey İngiltərə yığmasının aşağı yaş qruplarında forma geyinməsə də, əsas millinin baş məşqçisi Qaret Sautqeytin bəyəndiyi profildə - gənc və istedadlı futbolçudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.