İdman

"Atalanta" prezidenti Batşuayidən üzr istəyib

23 Fevral 2018 14:02
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Borussiya Dortmund" Avropa Liqasının 1/16 final mərhələsində "Atalanta" ilə səfərdə 1:1 hesablı heç-heçəyə nail olub. Dortmundda qazanılan qələbə sayəsində (3:2) "Borussiya" 1/8 finala vəsiqə qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra qonaqların hücumçusu Mişi Batşuayi berqamolu azarkeşlərin irqçilik etməsindən şikayətlənib.

"İl 2018 və tribunalarda yenə meymun səsləri...Ciddisiz? Ümid edirəm, Avropa Liqasının növbəti mərhələlərinə televizordan həvəslə baxacaqsınız. Bizsə yolumuza davam edirik" - belçikalı forvard sosial şəbəkədə yazıb.

"Atalanta"nın prezidenti Antonio Perkassi matçdan sonra verdiyi açıqlamada azarkeşlərin adından Batşuayidən üzr istəyib.

"Düzü, belə səslər eşitmədim. Bu baş veribsə, çox üzgünəm və Batşuayidən üzr istəyirəm. Gərək belə şey olmayaydı" - Perkassi deyib.

"Atalanta" 2014-cü ildə "Milan"la oyunda azarkeşlərinin meydana banan atması səbəbindən təxminən 33 min avro cərimələnmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.