İdman

"Keşlə"nin sabiq futbolçusuna ömürlük diskvalifikasiya

22 Fevral 2018 20:45
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının "Keşlə" klubunun sabiq hücumçusu Vladimir Makovski futboldan ömürlük kənarlaşdırılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, səbəb 41 yaşlı mütəxəssisin Belarusun "İsloç" komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirakıdır.

Faktla əlaqədar Belarus Futbol Federasiyaları Assosiasiyasının Nizam-İntizam və Etika Komitəsi sərt qərarlar çıxarıb. Makovskidən əlavə, "İsloç" və "Oşmyanı-BQUFK" komandasının 4, Minskin "Luç" klubunun 2, "Qranit"in 1 futbolçusu ömürlük diskvalifikasiyaya məruz qalıb. Keçmiş futbolçu Vyaçeslav Zamara və məşqçi-inzibatçı Yuri Sırokvaşko ("Luç", Minsk) "arzuolunmaz şəxs" elan olunublar. Futboldan 24 ayadək kənarlaşdırılma cəzası isə "Luç"un 4, "İsloç"un 3 futbolçusu, "Luç"un direktoru Dmitri Karpovski, onun "Oşmyanı-BQUFK"dakı həmkarı Denis Jbankov, habelə, keçmiş peşəkar futbolçu Dmitri Makar və sabiq referi Stanislav Savitskiyə tətbiq olunub.

Qeyd edək ki, Vladimir Makovski əvvəllər "İnter" adlanan komandada 2005-2006-cı illərdə əkiz qardaşı Mixail Makovski ilə birgə forma geyinib. M.Makovski isə fevralın 16-da "Molodeçno" klubuna baş məşqçi təyin olunsa da, azarkeşlər və mətbuatla görüşə içkili gəldiyi üçün 3 gün sonra vəzifəsindən kənarlaşdırılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.