İdman

Millimizin zədələnən hücumçusundan XƏBƏR VAR

22 Fevral 2018 19:12
0 Şərh     Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının XVII turunda "Sumqayıt"ı qəbul edəcək "Keşlə" hazırlıqlarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisində heyətlə bağlı problem həll olunub.

Belə ki, komandanın əsas hücumçusu Pərdis Fərcad-Azad "gənclik şəhəri" təmsilçisi ilə qarşılaşmada baş məşqçi Yuri Maksimovun ixtiyarında olacaq. Milli komandamızın forvardı səhhətindəki problemə görə, "Kəpəz"lə (1:0) ötən turdakı görüşü buraxmışdı. Gəncəyə hərarət içində yollanan 30 yaşlı oyunçu artıq tam sağlamdı və növbəti turda meydana çıxa biləcək.

"Keşlə"nin yeganə itkisi yarımmüdafiəçi Aqşin Quluzadədi. Ötən ildən zədəli olan gənc futbolçu fərdi məşqlərlə kifayətlənir.

Qeyd edək ki, fevralın 25-də keçiriləcək "Keşlə" - "Sumqayıt" oyunu saat 15:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.