İdman

“Neftçi”nin təlim-məşq bazası nə vaxt təhvil veriləcək?

22 Fevral 2018 19:54
0 Şərh     Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin hazırda inşası davam etdirilən təlim-məşq bazasını 2019-cu ilin sonunda təhvil verməyi planlaşdırırıq".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu "Neftçi" klubunun vitse-prezidenti Elnur Eyvazov deyib. 

O bildirib ki, burada söhbət təkcə bazanın tikintisindən getmir: "Əlavə iki yeni süni meydança qurmaq niyyətindəyik. Bildiyiniz kimi, üstüörtülü meydançamız da mövcuddur. Onun yenidən bərpası düşünülür. Bütün işlərimiz yalnız tikinti ilə bağlı olmayacaq. Bəzi işlər də var ki, onlar da öz həllini tapmalıdır. "Neftçi"nin akademiyası dağınıq vəziyyətdədir. Bu məsələni də kompleks şəkildə həll etməyi düşünürük".

Qeyd edək ki, "Neftçi"nin İsmət Qayıbov adına təlim-məşq bazası Bakıxanov qəsəbəsində, İsmət Qayıbov adına stadionun yerində inşa olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.