İdman

Azərbaycana köçdüyü üçün millidən kənarda qaldı

22 Fevral 2018 14:51
0 Şərh     Baxış: 1 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin 2018-ci ildəki ilk rəqibi olan Moldova yığması daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Aleksandr Spiridonun yetirmələri fevralın 26-da Səudiyyə Ərəbistanı millisi ilə qarşılaşacaq.

Baş məşqçi Ciddəyə yollanacaq heyəti artıq açıqlayıb. Maraqlıdı ki, onun dəvət etdiyi 22 oyunçu arasında qış fasiləsində "Zirə"yə transfer edilən Aleksandr Dedov yoxdu. Moldovalılar 29 yaşlı yarımmüdafiəçinin millidən kənarda qalmasının səbəbini məhz onun "Zirə"yə keçidində görürlər. Belə ki, sözügedən oyun FİFA-nın pəncərəsinə daxil olmadığından, Spiridon yalnız daxili çempionatda çıxış edən futbolçularla kifayətlənməli olacaq. İki həftə əvvəl "Milsami"ni "Zirə"yə dəyişən Dedov isə fevralın 24-də klubunun "Neftçi" ilə matçında məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, yanvarın 30-da Antalyada keçirilən Azərbaycan - Moldova qarşılaşması qolsuz bərabərliklə nəticələnmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.