İdman

“Şaxtyor”dan qələbə, “Mançester Yunayted” İspaniyadan qolsuz dönür - VİDEO - FOTO

22 Fevral 2018 10:43
0 Şərh     Baxış: 3 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son cütlüklər meydana çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu dəfə diqqətlər İspaniya və Ukraynaya yönəlib.

"Sevilya" ilə "Mançester Yunayted" arasındakı qarşılaşmaya maraq daha böyük olub. Bu, eyni zamanda "Çelsi" - "Barselona" cütlüyündən sonra 1/8 finalda ikinci ingilis-ispan dueli olub. Görüş qolsuz bərabərliklə başa çatıb. 

Mərhələnin digər görüşü Xarkovda baş tutub. "Qarabağ"ın yer aldığı C qrupunu zirvədə tamamlayan "Roma" "Şaxtyor"un qonağı olub. Oyunda hesabı qonaqlar açıb. Cengiz Ünder Çempionlar Liqasında ilk qolunu vurub. Amma fasilədəln sonra toparlanan "Şaxtyor" qələbə qazana bilib. Fred və Ferreyra komandalarına qələbə gətirən qollara imza atıblar.

UEFA Çempionlar Liqası - 1/8 final mərhələsi (ilk oyunlar)

21 fevral

"Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0
Baş hakim: Klemen Turpin (Fransa)
"Ramon Sançes Pisxuan" stadionu, Sevilya
"Sevilya": 1. Serxio Riko, 5. Klemen Lenyet, 10. Ever Baneqa, 11. Xoakin Korrea, 15. Steven Nzonzi, 16. Xesus Navas, 17. Pablo Sarabiya, 18. Serxio Eskudero, 20. Luis Muriel, 22. Franko Vazgez, 25. Qabriel Merkado
Ehtiyat oyunçular: 13. David Soria, 6. Daniel Karriço, 9. Vissam Ben Yedder, 14. Quido Pizzaro, 24. Nolito, 51. Roke, 99. Sandro Ramirez
Baş məşqçi: Vinçenzo Montella
"Mançester Yunayted": 1. David de Xea, 2. Viktor Lindelöf, 7. Aleksis Sançez, 8. Xuan Mata, 9. Romelu Lukaku, 12. Kris Smollinq, 18. Eşli Yanq, 21. Ander Errera, 25. Antonio Valensiya, 31. Nemanya Matiç, 39. Skott Maktomina
Ehtiyat oyunçular: 20. Serxio Romero, 3. Erik Beyli, 6. Pol Poqba, 11. Antoni Martial, 14. Cessi Linqard, 19. Markus Reşford, 36. Matteo Darmian
Baş məşqçi: Joze Mourinyo

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 2:1
Qollar: Ferreyra, 52, Fred, 71 - Cengiz Ünder, 41
Baş hakim: Villiam Kollum (Şotlandiya)
"Metallist" stadionu, Xarkov
"Şaxtyor": 30. Andrey Pyatov, 2. Boqdan Butko, 4. Sergey Krivtsov, 6. Taras Stepanenko, 7. Tayson, 8. Fred, 10. Bernard, 11. Marlos, 19. Fakundo Ferreyra, 31. İsmaili, 44. Yaroslav Rakitski
Ehtiyat oyunçular: 26. Mikita Şevçenko, 9. Dentinyo, 18. İvan Ordets, 21. Alan Patrik, 34. İvan Petriak, 59. Aleksandr Zubkov, 74. Viktor Kovalenko
Baş məşqçi: Paulo Fonseka

"Roma": 1. Alisson Beker, 4. Radca Naynqolan, 6. Kevin Strootman, 8. Dieqo Perotti, 9. Edin Ceko, 11. Aleksandr Kolarov, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas manolas
Ehtiyat oyunçular: 28. Lukas Skorupski, 5. Xuan Xesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 23. Qriqori Defrel, 25. Bruno Peres, 30. Gerson
Baş məşqçi: Eysebio Di Françesko

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.