İdman

Reynaldo "Aktobe"yə keçib

22 Fevral 2018 08:48
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamın "Qarabağ" klubunun sabiq braziliyalı hücumçusu Reynaldo da Silva Qazaxıstanın "Aktobe" kollektivi ilə müqavilə imzalayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, müqavilə iki il müddətinə nəzərdə tutulub.

Mövsümün ilk yarısının böyük hissəsini klubsuz qalan Reynaldo bu qış Slovakiyanın "Spartak" (Trnava) komandası ilə müqavilə imzalayıb. Lakin bir aydan da az vaxt keçməmiş braziliyalı futbolçu yenidən klubsuz qalıb.

O, 2013-2016-cı illər mövsümündə "Qarabağ"ın şərəfini qoruyub. Reynaldo Ağdam klubunda 89 oyuna 47 qol vurub, 16 məhsuldar ötürmə edib. Forvard Azərbaycan komandasının heyətində ölkə çempionatı və kubokunun qalibi olub. Futbolçu ötən il Türkiyənin "Adanaspor" klubuna keçib, lakin heyətdə möhkəmlənə bilməyib. Reynaldo türk komandasında 9 oyun keçirib, qol vurmayıb və 2 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.