İdman

Aquero ilə bağlı gözlənilməz qərar

20 Fevral 2018 23:27
0 Şərh     Baxış: 2 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin hücumçusu Serxio Aquero ilə bağlı hansı qərarın veriləcəyi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,argentinalı futbolçu gözlənilmədən cəza almayacaq.

Məsələ burasındadı ki, İngiltərə kubokunun 1/8 final mərhələsinin "Uiqan"la oyunundan sonra Aquero bir azarkeşlər insident yaşayıb. Belə ki, "şəhərlilər"in 0:1 hesabı ilə uduzduqları matç bitdikdən sonra ev sahiblərinin azarkeşləri qələbəni bayram etmək üçün meydana axışıblar. Bu zaman fanatlardan biri Aquero ilə toqquşub. Nəticədə argentinalı forvard əsəbindən ona sərt reaksiya göstərib. Araya girən futbolçular və məşqçi korpusu hadisənin böyüməsinə imkan verməyiblər.

İnsidenti araşdıran İngiltərə Futbol Assosiasiyası ulduz futbolçunu cəzalandırmağa ehtiyac duymayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.