İdman

Pedofil məşqçiyə hökm oxundu - 31 il

20 Fevral 2018 20:57
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Kryu Aleksandra" klubunun sabiq baş məşqçisi Barri Bennell ağır cəzaya məruz qalıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Liverpul məhkəməsinin hökmü ilə sabiq məşqçi 31 il müddətinə azadlıqdan məhrum edilib. O, pedofillikdə ittiham edilirdi.

Araşdırmalar zamanı bəlli olub ki, Barri 12 azyaşlı futbolçunu cinsi zorakılığa məruz qoyub. 64 yaşlı Bennel 1998-ci ildə də pedofilliyə görə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2016-cı ilin payızında isə sabiq futbolçular - Endi Vudvord, Stiv Uolters, Pol Styuart və Devid Uayt ona qarşı ittiham irəli sürmüşdülər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.