İdman

Aquero diskvalifikasiya ediləcək - Azarkeşi vurduğuna görə

20 Fevral 2018 11:55
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin hücumçusu Serxio Aquero cəzalandırılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb argentinalı futbolçunun azarkeşi vurmasıdı.

Hadisə İngiltərə kubokunun 1/8 final mərhələsinin "Uiqan"la oyunundan sonra baş verib. "Şəhərlilər"in 0:1 hesabı ilə uduzduqları matç bitdikdən sonra ev sahiblərinin azarkeşləri qələbəni bayram etmək üçün meydana axışıblar. Bu zaman fanatlardan biri Aquero ilə toqquşub. Nəticədə argentinalı forvard azarkeşin üzünə zərbə endirib. Həmin an videonun yaddaşına düşüb.

İnsidentə İngiltərə Futbol Assosiasiyası baxacaq. Aqueronun uzun müddətə diskvalifikasiya ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.