İdman

Olimpiadada yeganə idmançımız yarışa niyə qatılmayıb? - SƏBƏB

19 Fevral 2018 13:10
0 Şərh     Baxış: 2 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olan Patrik Braxnerin fevralın 18-də dağ xizəyi üzrə böyük slalom yarışında iştirak etməməsinin səbəbi müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, 26 yaşlı idmançının yalnız slalom yarışına köklənmək istəyilə əlaqədardır.

Avstriyalı legioner bunu böyük slalomun slaloma nəzərən daha çətin yarış olması ilə əlaqələndirib. Fevralın 22-də keçiriləcək slalom yarışına ümumilikdə 102 idmançı sifariş olunub. 

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 26-da yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.