İdman

Azərbaycan çempionatlarının ilk uqandalısı

19 Fevral 2018 13:43
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasının XVI turu daha bir ölkənin Azərbaycan çempionatında ilk təmsilçisinin debütü ilə əlamətdar olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Səbail"in futbolçusu Faruk Miya ölkə birincilikləri tarixinə ilk uqandalı kimi düşüb. "Qarabağ"la (0:1) oyunun gedişində sonradan meydana çıxan 21 yaşlı yarımmüdafiəçiyədək bu ölkənin heç bir təmsilçisi Premyer Liqada çıxış etməmişdi. Uqanda çempionatımızda təmsil olunan 82-ci ölkədir. Ötən tur bu siyahıya daha iki ölkə Trinidad və Tobaqo ilə Qambiya əlavə olunmuşdu.

Qeyd edək ki, Uqanda Afrikanın çempionatımızda oyunçu ilə təmsil olunan 22-ci ölkəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.