İdman

Azərbaycan Premyer Liqasında 150-ci qol

19 Fevral 2018 13:06
0 Şərh     Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə 150-ci qol vurulub. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu, XVI turun "Səbail" - "Qarabağ" görüşünə təsadüf edib. Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə top yubiley xarakteri daşıyıb.

Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub. Bu qollardan yarısı meydan sahibləri, yarısı qonaqların hesabındadır. 

Mövsümün bütün yubiley qolları "Qarabağ"ın hesabındadır. Mədətov isə 3-cü dəfə əlamətdar qola imza atıb. O, ilk və 50-ci qolların da müəllifidir. "Qarabağ"ın forvardı 2017-ci il avqustun 11-də "Neftçi" ilə səfər matçında (3:1) ilk, sentyabrın 22-də "Sumqayıt"la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub.

100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda "Sumqayıt"ın (2:0) qapısından keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.